Azərbaycanda 90 nəfərə yeni həyat verildi - STATİSTİKA

Azərbaycanda 90 nəfərə yeni həyat verildi - STATİSTİKA
11:37

2026-cı ilin ilk 4 ayı ərzində Azərbaycanda ümumilikdə 90-a yaxın orqan transplantasiyası həyata keçirilib.

Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzindən bildirilib ki, həyata keçirilən əməliyyatların 10-dan çoxu meyit donorlar hesabına icra olunub.

Məlumata görə, transplantasiya olunan pasiyentlərin gender bölgüsündə kişilər üstünlük təşkil edib. Belə ki, əməliyyat olunan şəxslərin təxminən 60-ı kişi, 30-a yaxını isə qadın olub.

Yaş qrupları üzrə statistikaya əsasən, orqan köçürülən şəxslərin 20-yə yaxını 0–18 yaş aralığında olub. 18–35 yaş qrupunda təxminən 20 nəfərə transplantasiya icra edilib.

Ən çox transplantasiya 35–50 yaş aralığında qeydə alınıb. Bu yaş qrupunda 35-dən çox pasiyent əməliyyat olunub. 50 yaşdan yuxarı şəxslərin sayı isə 10-a yaxın olub.


Sizin reklam burada
Sizin reklam burada