Gürcüstanda ağır qəza - 7 Azərbaycanlı həlak oldu + YENİLƏNİB

Gürcüstanda ağır qəza - 7 Azərbaycanlı həlak oldu + YENİLƏNİB
12:44

Qardabanidə baş verən yol qəzasında ölənlərin sayı yeddi nəfərə çatıb, daha bir nəfər yaralanıb və vəziyyəti ağırdır.

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza bu gün Qardabani rayonunun Birlik kəndində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə, yəni ölümlə nəticələnən təhlükəsizlik və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı araşdırma başlanıb.

Məlumata görə, nəqliyyat vasitəsində səkkiz nəfər olub.

***

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.


Sizin reklam burada
Sizin reklam burada