Türk coğrafiyası sivilizasiyaya böyük töhfələr verib

Türk coğrafiyası sivilizasiyaya böyük töhfələr verib
13:08

Türk Dövlətləri Təşkilatı və türk dünyasının gələcək inkişaf mərhələsi ilə bağlı fikirlər səsləndirilib. Mütəxəssislər hesab edirlər ki, türk coğrafiyası tarixi və mədəni kökləri ilə yeni intibah dövrünə daxil ola bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) qədim tarixi köklərə malik bir birlikdir və bu gün onun inkişafı yeni mərhələyə keçid kimi qiymətləndirilə bilər.

Deputat qeyd edib ki, türk coğrafiyası tarix boyu İslam intibahı da daxil olmaqla bəşər sivilizasiyasına mühüm töhfələr verib və bu ənənə müasir dövrdə də davam edir.

Onun sözlərinə görə, türk xalqları tarixən elmi, mədəni və hərbi sahələrdə dünya sivilizasiyasına mühüm təsir göstərib. O, xüsusilə Orta əsrlərdə türk coğrafiyasında baş verən elmi və texnoloji yenilikləri xatırladıb.

Hikmət Babaoğlu bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən proseslər yeni “Türk intibahı” mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.

O qeyd edib ki, bu inkişafın ilkin ideya və siyasi təməllərindən biri 2008-ci ildə Naxçıvanda qoyulub və həmin dövr türk birliyinin formalaşmasında mühüm mərhələ hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada