ABŞ–Çin münasibətləri və İran ətrafında yaranan gərginlik fonunda Vaşinqtonun Pekinlə mümkün əməkdaşlıq perspektivləri yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, regionda sülh və diplomatik həll yollarının tapılması üçün tərəflər arasında danışıqların davam etdirilməsi vacibdir.
Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, ABŞ və Çin arasında iqtisadi və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.
Onun sözlərinə görə, hazırkı müzakirələr əsasən ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq və qarşılıqlı ehtiyac olan sahələrdə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində aparılır.
