Vəzirovun görüş iddiası: “Problemlər deyil, şəxsi istəklər səsləndirilib”

Vəzirovun görüş iddiası: “Problemlər deyil, şəxsi istəklər səsləndirilib”
13:02

Sosial şəbəkələrdə keçmiş siyasi dövrlə bağlı müzakirələr davam edir.

Jurnalist Azər Rəşidoğlu bu dəfə sabiq sovet rəhbərliyi və Azərbaycan siyasi tarixindəki bəzi məqamlarla bağlı paylaşım edib.

News365.az xəbər verir ki, o, Facebook səhifəsində yazıb ki, keçmiş rəhbərlərdən biri olan Əbdürrəhman Vəzirov meydanda onu tənqid edən, “istefa” şüarları səsləndirən ziyalılarla görüşdüyünü və onların problemlərini soruşduğunu iddia edib.

Rəşidoğlunun paylaşımına görə, Vəzirov həmin şəxslərin əsasən şəxsi maraqlar və imtiyaz tələbləri irəli sürdüyünü bildirib.

O, qeyd edib ki, sabiq rəhbər illər sonra bu barədə açıqlamalar verərək bəzi detalları da ictimaiyyətlə bölüşüb.

Paylaşımda həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə bağlı müqayisə də yer alıb. Bildirilib ki, onun siyasi üstünlüyü qarşısındakı şəxsləri yaxşı tanıması və situasiyalara bir cümlə ilə təsir göstərməsi olub.

Jurnalistin fikrincə, həmin dövrün ziyalıları ilə bağlı müxtəlif baxışlar mövcuddur və bu gün onların roluna münasibət cəmiyyətdə fərqli qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada