“İnstaqram”da kiberdələduzluq edən şəxs saxlanıldı

“İnstaqram”da kiberdələduzluq edən şəxs saxlanıldı
04 Apr 2025 10:41

Sosial şəbəkələrdə kiberdələduzluq edən şəxs tutulub. 

DİN-in Mətbuat xidmətinin regional qrupundan News365.az-a verilən məlumata görə, İsmayıllıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb. 

O, “Instagram”da “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, vədlər verib. C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırır.


Sizin reklam burada
Sizin reklam burada