ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, Birləşmiş Ştatların İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacağını bildirib. Bu barədə xarici KİV məlumat yayıb.
Tramp jurnalistlərin İrana zərbə endirilməsi ehtimalı ilə bağlı sualını cavablandırarkən vurğulayıb ki, belə bir ehtiyac yaranarsa, İslam Respublikasına qarşı hərbi güc tətbiq olunacaq.
ABŞ prezidenti Omanda İranla gözlənilən məsləhətləşmələrin uzun bir prosesin yalnız başlanğıcı olacağına işarə edib. O, Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayıb.
Aprelin 9-da ABŞ sanksiyalar siyahısını genişləndirərək İranın nüvə proqramının inkişafı ilə əlaqəsi olan bir sıra şəxsləri əhatə edib.
Elə həmin gün İran parlamentinin üzvü Hüseyin Emami-Rad deyib ki, İran nüvə silahını inkişaf etdirməyə digər ölkələrin təsəvvür edə biləcəyindən daha yaxındır və Tehranın bu layihəni həyata keçirməsinə mane olan yeganə şey İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin dini əmri olub.
Tural