2020-2024-cü illər ərzində cəzaçəkmə müəssisəsində cəza çəkən 30 qadın uşaq dünyaya gətirib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə doğuş zamanı ana ölümü, eləcə də doğuş zamanı uşaq ölümü qeydə alınmayıb:
“Cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların uşaqlarının doğumu yalnız TƏBİB-in tabeliyində olan doğum evlərində həyata keçirilir. Həmin uşaqların tibbi müayinələrinin aparılması, eləcə də onların peyvənd olunması kimi xidmətlər də TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən icra edilir”.
Qurumun məlumatında uşaqların 3 yaşına kimi ana ilə cəzaçəkmə müəssisəsində qala biləcəyi bildirilib:
“Onların bu hüquqları qanunvericiliklə tənzimlənir. Uşaq 3 yaşı tamam olanadək ana ilə qaldıqda cəzaçəkmə müəssisəsində bu məqsədlə ayrılmış uşaq evlərində saxlanılırlar. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir”.