9 aprel 2025-ci il - Gömrük tarifləri sadəcə iqtisadi alətə deyil, ballistik raket effekti yaradan siyasi silaha çevrilib. Vaşinqton və Pekin arasında uzun müddətdir davam edən diplomatik nota mübadiləsi tariflər vasitəsilə ifadə edilən sərt ultimatumlarla gəldi. İki nəhəngin başlatdığı bu ticarət müharibəsi nüvə bombası kimi qlobal iqtisadi sistemə dağıdıcı və dərin təsir göstərir. Əgər əvvəllər tərəflər dialoq yolu ilə balans axtarırdılarsa, indi müxtəlif çaplı raketlər kimi gömrük rüsumları mübadiləsi aparılır.
Aqil Məmmədov, ekspert