Birləşmiş Ştatlar Moskvadakı səfirliyini ruslara viza verməyə imkan verəcək sayda diplomatla təmin etməyə hazırdır. Bu barədə TASS-a amerikalı mənbə məlumat verib.
“Söhbət Moskvadakı səfirliyin konsulluq xidmətlərini adekvat şəkildə göstərməsinə imkan verəcək səviyyəyə çatdırılmasından gedir”, - mənbə izah edib.
Qeyd edək ki, aprelin 10-da İstanbulda Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu keçiriləcək. Burada bu məsələ də birbaşa müzakirə olunacaq. Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Görüşdə tərəflər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətini müzakirə etməyi planlaşdırır.
Tural