Cənub-Şərqi Asiya ölkələri çox insanın marağını cəlb edir. Xüsusilə bahar və yay aylarında insanlar bir şəkildə bu ölkələrə üz tutur və orada müəyyən müddət keçirirlər. Hətta bu regiondakı bəzi ölkələr digərlərindən daha çox populyarlıq qazanıb. Bu ölkələrdən biri isə əyləncələr diyarı Taylanddır.
Son 10 ildə səyahətçilərin sosial mediada bu ölkə barədə reklami onların daha da populyarlaşmasına səbəb olub. Bu məşhurluğun əsas səbəblərindən biri oradakı həyatın sərbəstliyi, insanların istədikləri kimi əylənə bilməsi, ucuz yeməklər və münasib qiymətə qonaqlama imkanlarıdır. Ən böyük çatışmazlıq isə təyyarə biletlərinin bahalığıdır.
Taylandın xəritəsi dünyanın ən qəribə formalarından birinə sahibdir. Ölkənin ümumi ərazisi isə kifayət qədər böyükdür. Ölkənin sahəsi 513 min kvadrat kilometrdir. Lakin bir çox Cənub-Şərqi Asiya ölkəsində olduğu kimi, Tayland da əhali sıxlığı problemi ilə üzləşir. Hazırda Taylandın rəsmi əhalisi 72 milyondur və növbəti 50 il ərzində bu rəqəmin 100 milyona çatması gözlənilir. Ölkənin paytaxtı Banqkok Tayland körfəzi yaxınlığında yerləşir və burada təxminən 8,5 milyon insan yaşayır. Günah şəhəri kimi tanınan Pattaya isə ölkənin ən mühüm turizm nöqtələrindən biridir.
Əyləncənin heç bitmədiyi başqa bir bölgə isə məşhur Phuket adasıdır. Taylandın coğrafi mövqeyi səbəbindən daha bir problemi var: ölkənin qorumaq məcburiyyətində olduğu çoxsaylı quru sərhədləri var və bu sərhədlər təhlükələrə açıqdır.
Qərbdə Myanma, şimal və şərqdə Laos və Kamboca, cənubda isə Malayziya ilə sərhədlənən Tayland, qonşu ölkələrdə rifah səviyyəsinin aşağı olması səbəbindən qaçaq miqrasiya problemləri ilə tez-tez qarşılaşır. Lakin qısa müddətə Taylanda səfər edirsinizsə, bu daxili problemlər sizin üçün narahatlıq yaratmayacaq.
Bakıdan Bangkok şəhərinə birbaşa uçuşlar mövcud deyil, lakin mütəlif hava yolları şirkətləri ilə bir və ya daha çox dayanacaqla uçuşlar təşkil edilir. Bilet qiymətləri mövsümə, bronlama tarixlərinə və seçilən aviaşirkətə görə dəyişir. Ümumilikdə, gediş-dönüş biletləri təxminən 600-1200 dollar arasında ola bilər.
Azərbaycan vətəndaşları Taylanda səyahət etmək üçün viza almalıdırlar. Hazırda elektron viza və ya gəlişdə viza xidməti mövcud deyil, buna görə də səfərdən əvvəl ən yaxın Tayland səfirliyinə və ya konsulluğunun rəsmi veb saytına baxaraq məlumat almaq lazımdır.
Səyahət etməzdən əvvəl pasportunuzun etibarlılıq müddətinin səfər tarixindən etibarən ən azı 6 ay olduğuna əmin olun. Bundan əlavə, Taylandın giriş tələbləri və digər zəruri sənədlər haqqında daha ətraflı məlumat almaq üçün Taylandın Azərbaycandakı konsulluğunun rəsmi veb saytını yoxlamağınız məsləhətdir.
Səyahətinizi planlaşdırarkən, uçuş qiymətlərini müqayisə etmək və viza prosedurlarını vaxtında başa çatdırmaq üçün kifayət qədər vaxt ayırmağınız tövsiyə olunur..
Bəs görəsən, bu qədər bahalı təyyarə bileti və yarım gündən çox hava səyahəti ilə Taylanda getməyə dəyərmi? İnsanlar niyə bu ölkəyə axın-axın gedirlər? Gəlin, bunu anlamağa çalışaq.
Tayland, sərt qaydaları olmayan, siyasi və dini ideologiyaların insanların həyatına müdaxilə etmədiyi bir ölkədir. Üstəlik, tamamilə xarici turistlərə açıq bir iqtisadi modeli var. Ölkə turizmdən yüksək gəlir əldə edir və dünyanın müxtəlif yerlərindən gələn turistləri qəbul edir. Bir çox ölkəyə viza tətbiq etməməsi Taylandın turizm sənayesinin daha da inkişaf etməsinə şərait yaradıb.
Ölkədə fərqli mətbəx nümunələri mövcuddur və Taylanda uzaq regionlardan gələn insanlar bu mətbəxi maraqla qarşılayır. Bu səbəbdən yerli xalq küçələrdə müxtəlif yeməklər satır. Bu yeməklərin əsas inqrediyentləri düyü, toyuq və dəniz məhsullarıdır. Məsələn, adi bir Taylandlı ailənin küçədə açdığı kiçik piştaxtada təzə balıq çiy və ya bişmiş formada təqdim olunur. Müştərilər istədikləri balığı seçib, onu istədikləri formada hazırlatdıra bilirlər. Bu balıqlar müxtəlif otlar və noodle ilə servis edilir.
Küçə yeməklərinin əsasən yağda bişirilməsi Tayland mətbəxinin xarakterik xüsusiyyətlərindən biridir. Yeməklər təmiz görünsə də, gigiyena məsələsi hər kəsin öz seçimidir. Burada başqa bir maraqlı nüans da var – demək olar ki, hər yeməyin tərkibində yumurta var. Küçədə hansı yeməyi alsanız da, əksəriyyətinin üzərinə yumurta qırıldığını görəcəksiniz.
Bununla yanaşı, Taylandın küçə yeməyi bazarında fərqli satış üsulları da müşahidə olunur. Ölkədə bu sahədə rəqabət yüksək olduğundan, bəzi satıcılar müştəri cəlb etmək üçün müxtəlif strategiyalara əl atırlar. Məsələn, insanlar daha ləzzətli yemək bişirən yaşlı bir kişinin əvəzinə, gənc qadınların satdığı yeməkləri almağa üstünlük verirlər. Bunun səbəblərindən biri Taylandlı qadınların cəlbedici geyim üslubuna malik olmasıdır. Taylandda küçə yeməkləri satan gənc qadınlar qeyri-adi makiyaj və geyim tərzləri ilə diqqət çəkirlər. Bu, ölkədə o qədər yayğındır ki, demək olar ki, hər üç butkadan birində belə qeyri-adi geyimli satıcılar var. Elə bil bəzi insanlar toy mərasiminə gedirmiş kimi geyinirlər desək, yeridir. Bu, qətiyyən tənqid deyil, sadəcə olaraq bizdə yaranan bir təəccüb hissidir. Ola bilsin ki, bu, onlar üçün tamamilə cazibədar və diqqətçəkici görünmək istəyilə bağlıdır. İnsanların onlara baxması xoşlarına gələ bilər. Bu sayədə özünə inamı yüksək olan və xoşbəxt bir həyat yaşayan insanlar kimi ömür sürürlər. Üstəlik, diqqət çəkdiklərinin də tamamilə fərqində olduqları görünür. Bu ölkədə qadınların açıq-saçıq geyinə bilməsi dünyanın bir çox yerində cinayət hallarının artmasına səbəb olduğu halda, Tailandda belə bir problem yoxdur. Hətta onların geyim tərzi yerli insanlar üçün qəribə bir məna belə ifadə etmir. Bu ölkədə küçələrdə hətta çılpaq gəzsəniz də, heç kim dönüb sizə baxmaz.
Bəlkə də Vyetnam və Tailandın bu qədər maraq çəkməsinin səbəblərindən biri insanların fərqli həyat tərzlərinə öz gözləri ilə şahid olmaq istəməsidir. Ölkədə şəhərlər olduqca təhlükəsizdir və heç bir xaos yoxdur. Şəhərlər nə qədər təhlükəsizdirsə, bir o qədər də təmizdir. Bangkok küçələrində gəzərkən asanlıqla yerə atılmış bir zibil tapa bilməzsiniz. Ölkədə Vyetnamdakı kimi motosiklet xaosu da yoxdur. Binalar isə adətən yaşıl çalarlarında olan hündürmərtəbəli tikililərdən ibarətdir.
Ölkə investisiyalara açıq olduğundan, bir çox məşhur xarici brendləri Tailandın ticarət mərkəzlərində görə bilərsiniz. Ölkədə ən böyük cinayətlər turistlərin dələduzluq yolu ilə aldadılması ilə bağlıdır. Bu işdə xüsusilə taksi sürücüləri fəaldır. Orada olduğunuz müddətdə hansı xidməti alırsınızsa alın, mütləq qiymət barədə öncədən danışmalı və bazarlıq etməlisiniz. Diqqət etməli olduğunuz başqa bir məsələ isə yollardakı dükanlarda orijinal adı altında çoxlu saxta məhsulların satılmasıdır. Dünyanın ən məşhur markalarına aid saxta məhsulları sizə orijinal kimi təqdim etməyə çalışırlar.
Qeyd etmək lazımdır ki, bu ölkədə, xüsusilə Hindistan və Pakistandan çoxlu miqrant çalışır. Eyni zamanda, ABŞ və Kanadadan Tailandda məskunlaşan minlərlə insan var. Məsələn, işlərini internet üzərindən icra edən insanlar üçün ölkə məhdudlaşdırıcı bir faktor deyil. Yanlarında sadəcə kompüterlərini götürərək istədikləri ölkəyə gedib orada işləyə bilirlər. ABŞ və Kanadada ayda 5 min dollar qazanaraq adi bir həyat sürən insanlar Tailand kimi pulları dəyərsiz olan ölkələrə köç edərək, öz ölkələrindəki həyatın 10 qat daha lüks variantını yaşayırlar. Buna görə də Tailand həm əyləncəli, həm də təhlükəsiz bir ölkə olduğu üçün Qərb ölkələrindən miqrant axını alır.
Bundan əlavə, Bangkok ölkənin sənaye mərkəzi olduğundan, turistlərin əsas istiqaməti daha çox Phuket və Pattayadır. Məsələn, Phuketdə ilin müəyyən aylarında yer tapmaq belə mümkün olmur. Şəhərlər inanılmaz dərəcədə canlı olsa da, yerli əhali adi işlərdən elə də yüksək maaş almır.
Məsələn, ölkədə mövcud minimum əməkhaqqı 9 435 Tailand bahtıdır ki, bu da 275 dollara bərabərdir. Bu və buna bənzər maaşları əsasən yaşlı nəsil alır.
Ancaq əyləncə və turizm sektorlarında çalışan insanlar ayda 1000 dollara qədər gəlir əldə edə bilirlər. Belə ki, 72 milyonluq ölkənin yaş ortalaması cəmi 33-dür və qadınların sayı kişilərə nisbətən 4 milyon çoxdur. Orada olduğunuz zaman özünüzü bir festivalın ortasında da tapa bilərsiniz. Bu ölkədə dünyanın heç bir yerində rast gəlinməyən özünəməxsus festivallar var. Onlardan biri Songkran adlanır. Tailandda yeni il bu festival vasitəsilə qeyd olunur və küçələrdə hamı bir-birinə su atır. Bunun məqsədi həmin il işlənmiş günahların su ilə yuyulub təmizləndiyinə inanmaqdır. Məsələn, qarşınızdakı insan sizi su ilə isladanda, Tailand inancına görə günahlarınızdan təmizlənmiş və uğursuzluğunuzu üzərinizdən atmış olursunuz. Bu festival o qədər populyardır ki, Bangkokda küçələr avtomobillər üçün bağlanır və turistlər də festivalın iştirakçısına çevrilirlər. Ona görə də tanımadığınız bir insan sizin üzünüzə, geyiminizə və ya əlinizdəki əşyalara su tökə bilər. Buna alışmalı olacaqsınız. Bu insanlar həqiqətən də çox rahatdırlar və dünyada ən çox su tapançası satılan ölkələrdən biri Tailanddır. Festival əsasən gecə klublarının yerləşdiyi küçələrdə keçirilir. Demək olar ki, hər kəs başdan-ayağa islanır və inancına görə ertəsi gün günahsız şəkildə oyanır.
Ölkədə başqa bir əyləncə növü isə meşələrdə və çimərliklərdə təşkil olunan partilərdir. Bu partilər ümumilikdə "Full Moon Party" (Tam Ay Partisi) adlanır və əsas qaydası qaydasız olmasıdır. Yəni bu partilərdə hər şey sərbəstdir. Biri bir küncdə alov şouları edərkən, başqası çılğıncasına rəqs edir. Kimisi özünə döymə etdirir, kimisi də gecənin qaranlığında özünü dənizə atır. Bu partilərdə həddindən artıq spirtli içki istehlak edilir və müəyyən bir mərhələdən sonra hər kəs nəzarəti itirir. Bu partilərdə sərhəd olmadığından orada ilk dəfə tanış olan və əylənən insanların sayı da kifayət qədər çoxdur. Hər kəs bir şəkildə özünə uyğun birini tapır. Əgər Phuketə və ya Pattayaya getsəniz, bu mənzərələri öz gözlərinizlə görə bilərsiniz.
Bu mənada Tailand tənha insanlar üçün əsl cənnət sayılır. Bütün bunların üzərinə, əgər Tailand sizin maraq dairənizə daxil deyilsə, ölkə turizm baxımından da inanılmaz gözəl məkanlara sahibdir. Məsələn, ölkənin bütün çimərlikləri və körfəzləri olduqca təmizdir və burada süni heç nə yoxdur. İnsanlar hətta qış mövsümündə belə buralara gəlir və şəkil çəkdirirlər. Bu baxımdan, Tailandda həyatınız boyunca rast gələ biləcəyiniz ən təmiz və ən mavi sulardan ibarət çimərliklər var.
Tailand, Buddizmin mərkəzi olan bir ölkə olduğu üçün, demək olar ki, hər Cənub-Şərqi Asiya ölkəsində olduğu kimi, burada da saysız-hesabsız dini məbədlər mövcuddur. Hətta bu ölkə Avropanın xristianlaşdıra bilmədiyi nadir ölkələrdən biri kimi qəbul edilir və Avropa dövlətləri buranı müstəmləkəyə çevirə bilməmişlər. Xaricilərə qarşı olduqca mehriban olsalar da, tarixləri mövzusunda çox millətçidirlər.
Nəticə etibarilə, Tailand Asiyada mütləq görülməsi lazım olan bir ölkədir və sosial media sayəsində populyarlığı uzun müddət azalmayacaq kimi görünür. Dünyanın fərqli xalqlarından insanların bir araya gəldiyi və həyəcanın heç bitmədiyi bir ölkədir Tailand.