"Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır

"Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
09 Apr 2025 22:59

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC nizamnamə kapitalını 3,7 milyon manat və yaxud 16,1% azaldaraq, 23 milyon manatdan 19,3 milyon manata endirdiyini elan edib.


News365.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.


Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 49/C ünvanına təqdim edə bilərlər.


Qeyd edək ki, "K Group" 2014-cü ildə yaradılıb.


Sizin reklam burada
Sizin reklam burada