Braziliyanın “Santos” klubunun yarımmüdafiəçisi Neymar futbolçu karyerasını başa vurduqdan sonra bir il ərzində heç bir işlə məşğul olmamağı planlaşdırdığını açıqlayıb.
News365.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə danışarkən karyerasını bitirdikdən sonra istirahət etmək istədiyini bildirib. “Aydındır ki, karyeramı başa vurduqdan sonra bir il ərzində ümumiyyətlə heç nə etməyəcəyəm. Sadəcə kef edəcəyəm. Futbol oynamaq istəsəm, oynayacağam. Heç nə etmək istəməsəm, etməyəcəyəm”, deyə Neymar bildirib.
Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymar karyerası ərzində “Santos”la yanaşı, “Barselona”, PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarında da çıxış edib.