“İlk zəvvarlar bu tarixdə Vətənə dönəcək“ - QMİ RƏSMİSİ

“İlk zəvvarlar bu tarixdə Vətənə dönəcək“ -  QMİ RƏSMİSİ
18 İyn 2024 11:09

Xəbər verdiyimiz kimi ötən gün anomal istilər səbəbi ilə Məkkədə, həcc ziyarətçiləri arasında ölənlər olub.

Bəs, azərbaycanlı zəvvarlar arasında problem yaşayan olmayıb ki?

Mövzu ilə bağlı News365.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah bildirib ki, ölənlər arasında azərbaycanlı zəvvarlar yoxdur:

“Vəfat edənlər əsasən iordaniya vətəndaşlarıdır. Azərbaycanlı zəvvarlarsa heç bir problem yaşamayıblar. Bütün zəvvarlarımız dini rituallarını uğurla yerinə yetirib. Onlar artıq Mədinəyə dönməyə hazırlaşırlar. İyunun 26-da isə zəvvarların ilk qrupu Vətənə dönəcək”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər