İlhamə Bədəlova ATV-dən AYRILIB? - AÇIQLAMA

İlhamə Bədəlova ATV-dən AYRILIB? - AÇIQLAMA
14 Noy 2023 19:28

Aparıcısı İlhamə Bədəlovanın uzun illərdir çalışdığı "Azad Azərbaycan" televiziyası ilə ayrıldığı iddia edilib. 

Məsələ ilə bağlı  İ.Bədəlova ilə əlaqə saxladıq.

Televiziya ulduzu ATV-dən işdən çıxmadığını bildirib:

"Mən "ATV" kanalından işdən çıxmamışam. Bu, yalan xəbərdir. Sadəcə layihə rəhbəri və aparıcısı olduğum "Həkimsən" tibbi veriliş bundan sonra mənim təqdimatımda "ATV"də yox, bir neçə gündən sonra "Space" telekanalında yayımlanacaq. "ATV" kanalında fəaliyyətimi davam etdirirəm. Tezliklə, yeni verilişlə tamaşaçıların qarşısına çıxacağam". 

Qeyd edək ki, İlhamə "ATV"- də aparacağı yeni verilişin formatının hələ tam bəlli olmadığını söyləyib. 

 


Sizin reklam burada
Sizin reklam burada