Füzuli Hüseynov "Azdrama"nın Bədii Şurasından çıxarıldı - Töhmət verildi

Füzuli Hüseynov "Azdrama"nın Bədii Şurasından çıxarıldı - Töhmət verildi
30 May 2025 21:04

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.

Bu barədə teatrın Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada