İlham İsmayılın vəziyyəti necədir? AÇIQLAMA

İlham İsmayılın vəziyyəti necədir? AÇIQLAMA
12:20
İlham İsmayıl reanimasiyadan palataya köçürülüb.

Bu barədə açıqlamasında politoloq Nəsimi Məmmədli İlham İsmayılın səhhətindən danışarkən deyib. 

Onun sözlərinə görə, həkimlər İlham İsmayıla əməliyyat tövsiyyə etməyib:

"Onikibarmaq bağırsaqda qanaxma baş verib. Müayinə zamanı orada xora aşkarlanıb. Ürəyində problem olduğundan həkimlər əməliyyat etməyib və müalicə etməyə qərar verlib".

Nəsimi Məmmədli İlham İsmayılın vəziyyətinin yaxşılığa doğru getdiyini vurğulayıb.

Qeyd edək ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın səhhətində problem yaranıb. Ekspert daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. 



Sizin reklam burada
Sizin reklam burada