Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi - YENİLƏNDİ

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi -  YENİLƏNDİ
24 Apr 2024 13:36

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

News365.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.

***

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

News365.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Youtube kanalımız

Oxşar xəbərlər