"İkinci Dünya Müharibəsindən sonra qurulmuş dünya nizamı artıq dağılır"- Politoloq

"İkinci Dünya Müharibəsindən sonra qurulmuş dünya nizamı artıq dağılır"- Politoloq
17:07

"Hazırda dünyada güc hüququ qanunun yerini alıb. İkinci Dünya Müharibəsindən sonra qurulmuş dünya nizamı artıq dağılır. Bu dağılma nəticəsində gücə əsaslanan hüquq qaydaları daha çox üstünlük qazanır. Dünyada hüququ qorumaq üçün nəzərdə tutulan mexanizmlərdə ciddi problemlər var."

Politoloq Bəkir Həsənbəyli bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu vəziyyəti həm Rusiya-Ukrayna müharibəsində, işğal olunmuş Ukrayna torpaqlarına münasibətdə, həm də Azərbaycan-Ermənistan münaqişəsində işğalçıya göstərilən dəstəkdə açıq görmək olur. Eyni zamanda Fransa və onun nəzarətində olan, 100 ildən çox bir dövrdə istismar etdiyi keçmiş müstəmləkələrə münasibətdə də bu problemlər müşahidə edilir.

Cənab Prezident bildirir ki, bu yanaşmalar kökündən dəyişməlidir. Təbii ki, bu dəyişiklik asan olmayacaq, uzun və çətin bir proses olacaq. Amma Azərbaycan istər bölgədə, istərsə də Yaxın Şərqdə bu məsələlərin ədalətli həll olunmasına öz töhfəsini verməkdə davam edir."


Sizin reklam burada
Sizin reklam burada