İkimərtəbəli ev yandı

İkimərtəbəli ev yandı
22 Yan 2026 12:39

İmişli şəhərində ikimərtəbəli yaşayış evində yanğın olub.

News365.az xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb.

Mürşüd Bağırova məxsus ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, altıotaqlı evdə qəfil yanğın başlayıb.

Yanğın yerinə İmişli rayon Dövlət Yanğın Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində evin 45 kvadratmetr sahəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada