osial şəbəkələrdə Göyçay rayon İcra Hakimiyyətinin başçısının ünvanına nalayiq ifadələr işlədən şəxs həbs olunub.
News365.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1995-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olmuş Turqut Əhmədov barəsində (soyad şərti) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Turqut "TikTtok" sosial şəbəkəsində Göyçay rayon İcra Hakimiyyəti başçısı və rayonun digər vəzifəli şəxslərinə qarşı nalayiq ifadələr işlədib, onların işgüzar nüfuzuna xələl gətirib.
Məhkəmənin hökmü ilə Turqut İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 12 gün müddətində həbs edilib.
Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur.