Husilər İsrailə və ABŞ aviadaşıyıcısına hücum etdilər

Husilər İsrailə və ABŞ aviadaşıyıcısına hücum etdilər
09 Apr 2025 18:15

Husilər Təl-Əvivdəki hərbi obyektə və Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcısına hücum edib.


News365.az xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.


“Silahlı qüvvələr PUA-dan istifadə edərək Təl-Əviv bölgəsində İsrail hərbi obyektinə zərbələr endirib”, - o bildirib.


Sariya qeyd edib ki, Qırmızı dənizin şimalında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Truman” aviadaşıyıcısına da hücum edilib.


Sizin reklam burada
Sizin reklam burada