Livandakı şiə hərəkatı "Hizbullah" bəyan edib ki, atəşkəs rejiminə sadiq olmasına baxmayaraq, İsrailin Livan ərazisini ələ keçirmək üçün hər hansı cəhdinə tərəddüd etmədən cavab verəcək.
News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.
"Hizbullah" əlavə edib ki, hərəkat Livanın cənubundakı Nəbətiyə yaxınlığındakı rayona doğru gecə saatlarında irəliləyən İsrail hərbçilərinə hücum edib.
"Spiegel" jurnalı mənbələrinə istinadən xəbər verib ki, İsrail və "Hizbullah" ABŞ və Qətərin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
Bundan əvvəl isə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, İsrail qoşunları Livanın cənubunda nəzarət etdikləri sərhədyanı əraziləri tərk etməyəcək.
Baş nazir qeyd edib ki, İsrailin şimal rayonlarında asayişin və rifahın bərpası üçün "təhlükəsizlik zonası"nın saxlanılması mütləqdir.