Belçika yığmasının və "Brügge"nin futbolçusu Maksim de Keyper karyerasını İngiltərənin “Brayton” klubunda davam etdirəcək.
News365.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, De Keyper "Brügge"nin heyətində ümumilikdə 114 matçda meydana çıxıb, 9 qol və 22 məhsuldar ötürmə müəllifi olub.