"Hindistan bu məsələlərdə müəyyən gəlir əldə edir. Ermənistanı silahlandırmaq istəyən qüvvələr bu və ya digər yollarla bu silahların ödənişini həyata keçirir. Onlar Ermənistana həm maliyyə yardımı göstərir, həm də onu silah almağa təşviq edirlər. Əsas məsələ də məhz budur."
Politoloq Sahil Kərimli bunu News365.az-a açıqlamasında deyib.
"Hindistanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsi və bu məsələdə təxribatçı mövqe tutması onun maraqlarından irəli gəlir. Hindistanın Ermənistanla yaxınlaşması, İrəvanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsinə çevirmək məqsədi daşıyır. Bununla o, ixrac bazaları və müdafiə mərkəzləri yaratmağı planlaşdırır. Həmçinin, iki ölkə arasında ticarət dövriyyəsi daha da genişlənə bilər.
Bundan əlavə, Dehli Cənubi Qafqazdakı iqtisadi maraqları vasitəsilə ABŞ-ın da diqqətini bu bölgəyə yönəltməyə çalışır. Hindistanın bu addımları, həmçinin, Çinin artan iqtisadi təsirini zəiflətməyə yönəlib."