Son
günlər heyvanların xırda çəkidə kəsilməsinin qadağan edilməsi ilə bağlı təkliflər
səslənir. Təbii ki, belə təkliflər cəmiyyətdə birmənalı qarşılanmır. Çünki, istənilən
təklifin iqtisadi əsaslandırması olmalıdır.
Mövzu
ilə bağlı News365.az –a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, heyvanı iri çəkidə
satmaq, yoxsa az çəkidə satmaq qərarı sahibkara məxsusdur:
“O
bir neçə aylıq olarkən satırsa deməli, ona iqtisadi cəhətdən belə sərf edir.
Çünki o heyvanı böyütmək üçün əlavə zaman itirir, əlavə yem məhsulları üçün əlavə
pul xərcləyir. Buna görə də böyüyən heyvandan əldə edilən gəlirin rentabellik dərəcəsi
daha aşağı olur. Odur ki, sahibkar heyvanı daha xırda olarkən satır və əvəzində
yenisini böyüdür.
Yəni
bir ildə X qədər iri heyvan satmaq əvəzinə, onu tez satıb yenisinə qulluq etməklə
bir ildə kiçik olan 2X qədər heyvan satır.
Bir
sözlə, bunu bazar özü tənzimləyir. Dövlətin belə işlərə müdaxilə etməsi yol verilməzdir.
Çünki
bu nəinki iqtisadi baxımdan doğru deyil. Bunun həm də digər mənfi təsirləri
olacaqdır.
1.
Qadağalar quzu ətinin qiymətləri kəsin artıracaq
2.
Şəffaflığa mənfi təsir edəcək
3.
Qəssabların və ictimai işaə obyektlərinin yoxlanılması halları kəskin artacaq
4.
Onsuz da çətin olan KOB subyektlərinə bu daha da pis təsir göstərəcək.
Buna
görə də bu tip məsələlərin həlli yolu tam başqadır”.
News365.az