Vəkil Şəfiqə Nağıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
News365.az xəbər verir ki, onun sözlərinə görə, həyat yoldaşı ondan beş yaş kiçik olub və evlilikləri cəmi üç ay davam edib.
Nağıyeva bildirib ki, hamilə olduğu dövrdə həyat yoldaşı ona övladının olmayacağını deyib və aqressiv davranışlar nümayiş etdirib.
“Bir dəfə stolu qarnıma vurmaq istədi, stol ayağıma dəydi. Həmçinin anama ağır ifadələr işlətdi. Anama söyüldüyünə görə onunla boşanmaq qərarı verdim”, – deyə vəkil qeyd edib.
Şəfiqə Nağıyevanın sözlərinə görə, boşanmadan 25 il sonra keçmiş həyat yoldaşı oğlunu axtarıb və onunla görüşmək istəyib. Lakin oğlu bu görüşü qəbul etməyib.