Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər
25 İyl 2025 17:20

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.



Sizin reklam burada
Sizin reklam burada