Rusiyanın Şərq Hərbi Dairəsinin birləşmiş minatəmizləmə dəstəsinin hərbçiləri Kurilin Şumşu adasında 3500-dən çox partlayıcı obyekt aşkar ediblər. Bu barədə yerli mediaya bölgənin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gələcəkdə Yaponiya üzərində qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə hərbi-tarixi abidənin açılışını planlaşdırıldığı ərazidə minalardan təmizləmə işləri aparılır. Ümumilikdə 44 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub ki, bunun da 28 hektarında artıq araşdırmalar aparılıb. Tapılan bütün döyüş sursatları, o cümlədən “Mosin” və “Arisaka” tüfənglərinin patronları, həmçinin qumbaralar partlama yolu ilə məhv edilir: "Əsas işlər dəniz piyadalarının enişinin tarixi rekonstruksiyasının aparılacağı Kurbatov ərazisində aparılır. Baykovo kəndi yaxınlığında uçuş-enmə zolağının bərpa olunduğu ərazinin də tam təmizlənməsi başa çatıb".
Tural