Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ölkənin cənub-qərbində qəzaya uğrayıb, nəticədə üç hərbçi həlak olub.
News365.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün Devon qraflığının Sourton kəndi yaxınlığında keçirilən təlim uçuşu zamanı baş verib.
Qəzanın səbəbi açıqlanmayıb.