Hamı bu döyüşçülərdən danışır: 3 tonluq topu əlləri ilə apardılar

Hamı bu döyüşçülərdən danışır: 3 tonluq topu əlləri ilə apardılar
04 İyn 2025 10:10

Rusiya Silahlı Qüvvələrinin 3 əsgəri üç tonluq D-30 topunu təcili gizlətmək üçün əllə sürüyərək daşıyıblar. Onlar topu Ukraynaya məxsus pilotsuz təyyarələrdən xilas ediblər. Bu barədə Rusiya mediasına “Nemets” çağırış nişanlı taqım komandiri bildirib. Əsgərlərin bu qəhrəmanlığı sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub.

Onun sözlərinə görə,  top ilk olaraq “Ural” markalı yük maşını ilə gətirilib. Onu düşmənin pilotsuz uçan aparatlarının müşahidəçiləri müəyyən ediblər. Ukrayna Silahlı Qüvvələri Urala hücum edən bir neçə hücum pilotsuz təyyarəsini havaya qaldırıb.

"Sürücü idarəetməni itirib, əsgərlər düşərək dağılışıblar. Silah isə yerində qalıb", - komandir bildirib.

Onun sözlərinə görə, artilleriya silahına basqın zamanı Ukrayna Silahlı Qüvvələrinin ekipajı ən azı beş hücum pilotsuz təyyarəsindən istifadə edib.

"Hücum dalğası başlayanda, üç əsgər D-30 topunu meşə zolağında gizlətmək üçün əlləri ilə onu dartıb aparıblar. Onlar bu  yolla silahı xilas ediblər",- deyə hərbçi bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada