Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda təşkil edilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisini (“IDEF 2025”) ziyarət edib.
News365.az xəbər verir ki, İstanbul Sərgi Mərkəzində stendlərə baxış keçirən Hakan Fidan Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan pavilyonu ilə də tanış olub.