Hacıqabulda qəza olub, sürücü ölüb

Hacıqabulda qəza olub, sürücü ölüb
17 Fev 2026 22:40

Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada