Hacıqabulda əməliyyat - saxlanılan var FOTO

Hacıqabulda əməliyyat - saxlanılan var FOTO
11 Yan 2025 17:35

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada