Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları - NƏTİCƏLƏR
08:59

 

Ötən gecə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları başa çatıb. Və nəticədə 1/4 finala İspaniyanın “Atletik”, Almaniyanın “Ayntraxt”, İtaliyanın “Latsio”, Norveçin “Bodo-Qlimt”, Fransanın “Lion”, İngiltərənin “Mançester Yunayted” və “Tottenhem” klubları daxil olub.

News365.az xəbər verir ki, ötən gecənin ən maraqlı oyunu Şotlandiyada keçirilib. Beləki, öz meydanında Şotlandiyanın “Qlazqo Reyncers” klubuna 1:3 hesabı ilə uduzan Türkiyənin “Fənərbaxça” klubları əzmkarlıq göstərərək səfərdə 2:0 hesabı ilə qalib gəlib. Əlavə vaxtda da hesab dəyişməyib. Penaltilər seriyasında isə ev sahibləri güclü olub- 3:2. Beləliklə, sonuncu türk komandasının da Avropa macərası sona çatıb.Beləliklə, Avropa Liqası, 1/8 final, cavab oyunlarının nəticələri:

Qlazqo Reyncers (Şotlandiya) - Fənərbaxça (Türkiyə) - 0:2, (ilk oyun - 3:1)

"Lion" (Fransa) - "Styaua" (Rumıniya) - 4:0, (ilk oyun - 3:1)

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 4:1, (ilk oyun - 1:1)

"Tottenhem" (İngiltərə) - AZ Alkmaar (Hollandiya) - 3:1, (ilk oyun - 0:1)

"Atletik Bilbao" (İspaniya) - "Roma" (İtaliya) - 3:1, (ilk oyun - 1:2)

"Ayntraxt" (Almaniya) - "Ayaks" (Hollandiya) - 4:1, (ilk oyun - 2:1)

Latsio (İtaliya) - Viktoriya Plzen (Çexiya) - 1:1, (ilk oyun - 2:1)

"Olimpiakos" (Yunanıstan) - "Bodo-Qlimt" (Norveç) - 2:1, (ilk oyun - 0:3)

News365.az


Sizin reklam burada
Sizin reklam burada