Hacıqabulda dəhşətli QƏZA BAŞ VERİB

Hacıqabulda dəhşətli QƏZA BAŞ VERİB
20:40

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. 

Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb. 

Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada