Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb
21:20

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

News365.az  xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada