Avropa artıq Putinlə danışığa hazırlaşır?

Avropa artıq Putinlə danışığa hazırlaşır?
13:29

Avropada Russia-Ukraine müharibəsi ilə bağlı yeni siyasi yanaşmaların formalaşdığı iddia olunur. Son dövrlər bəzi Avropa rəsmilərinin Moskva ilə birbaşa danışıqların vacibliyini vurğulaması bu istiqamətdə müzakirələri daha da artırıb.

Mövzu ilə bağlı danışan politoloq Anar Əliyev bildirib ki, Avropada artıq Ukraynanın mövqeyi nəzərə alınmaqla, lakin ondan tam asılı olmadan Rusiya ilə dialoqun başlanması fikri gündəmə gəlir.

Anar Əliyev News365.az-a açıqlamasında qeyd edib ki, Almaniyada Rusiyaya münasibətdə daha yumşaq yanaşmanı müdafiə edən şəxslərin adlarının hallanması təsadüfi deyil. 

Onun fikrincə, bu cür müzakirələrin ortaya çıxması Avropanın Ukrayna məsələsində əvvəlki mövqeyindən tədricən geri çəkilməsinin göstəricisi sayıla bilər.

Politoloq hesab edir ki, Qərb müəyyən strateji məqsədlərinə nail olduqdan sonra Ukrayna məsələsini ikinci plana keçirməyə başlaya bilər. O vurğulayıb ki, bu vəziyyət Ukraynanın gələcəyi baxımından ciddi risklər yaradır.

Anar Əliyev bildirib ki, proseslərə emosional deyil, realist yanaşmaq lazımdır. Onun sözlərinə görə, Ukraynaya simpatiya ilə yanaşmaq ayrı məsələ olsa da, mövcud geosiyasi proseslərə soyuqqanlı baxış fərqli mənzərə ortaya qoyur.


Sizin reklam burada
Sizin reklam burada