Rəşad Məcid sosial şəbəkə hesabında zamanın sürətlə keçməsi və informasiya bolluğu ilə bağlı diqqətçəkən paylaşım edib.
News365.az-ın xəbərinə görə, o bildirib ki, zaman çox sürətlə axıb gedir: “Həftə başlayan kimi bitir, ay sürətlə sona çatır, bir də görürsən il yarılandı. Zaman ildırım kimi keçir”.
Rəşad Məcid eyni zamanda müasir dövrdə informasiya çoxluğunun insan yaddaşına təsir etdiyini vurğulayıb. Onun fikrincə, həddindən artıq və mənasız informasiyalar zamanla izsiz şəkildə yoxa çıxır.