Avropa Birliyi Rusiyaya “qaz qapısını” bağlayır

Avropa Birliyi Rusiyaya “qaz qapısını” bağlayır
13:10

Avropa Birliyinin Rusiyadan enerji idxalını dayandırmaq qərarı və Moskvanın qaz ixracı ilə bağlı yeni təşəbbüsləri yenidən müzakirələrə səbəb olub. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Rasim Musabəyov Rusiyanın qazı yenidən Avropaya satmaq cəhdlərinin nəticəsiz qalacağını bildirib.

Rasim Musabəyov News365.az-a açıqlamasında deyib ki, European Union artıq Rusiyadan nə qaz, nə də neft məhsulları almaq niyyətindədir.

Onun sözlərinə görə, Rusiyanın qazı müxtəlif vasitələrlə yenidən Avropaya çıxarmaq cəhdləri real görünmür.

Deputat qeyd edib ki, əvvəllər Nord Stream xətti vasitəsilə Rusiyadan Almaniyaya böyük həcmdə qaz nəql etmək mümkün idi. O bildirib ki, kəmərlərin bir hissəsi istifadəyə yararlı qalsa da, Almaniya artıq bu qazı almaqda maraqlı deyil.

Rasim Musabəyov əlavə edib ki, TurkStream vasitəsilə də Avropaya qaz nəqli perspektivli görünmür. Onun fikrincə, Avropa ölkələrinin Rusiyadan enerji almaq istəyi olmadığı üçün Moskvanın yeni təşəbbüsləri daha çox siyasi mesaj xarakteri daşıyır.


Sizin reklam burada
Sizin reklam burada