Gürcüstanda səsvermə TƏXİRƏ SALINDI

Gürcüstanda səsvermə  TƏXİRƏ SALINDI
16 Apr 2024 21:39

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin birinci oxunuşda səsverməsi aprelin 17-nə təxirə salınıb.

News365.az TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, reqlamentdə görüşün saat 21:00-da başa çatması nəzərdə tutulub. Parlamentarilər qanun layihəsinin müzakirəsini başa çatdırmadıqları üçün müzakirənin aprelin 17-də davam etdirilməsi, sonra isə səsvermənin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, aprelin 16-da axşam saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə müdaxilə edib, toqquşma baş verib.

Aprelin 16-na keçən gecə Tbilisidə xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Etirazçılar polis kordonunu yarmağa çalışıblar. 14 etirazçı saxlanılıb, bir polis əməkdaşı yaralanıb.

 


Youtube kanalımız

Oxşar xəbərlər