Gülşah Durbay reanimasiyada müalicəsini davam etdirir

Gülşah Durbay reanimasiyada müalicəsini davam etdirir
15:42

Bir müddətdir xərçənglə mübarizə aparan Manisa Şehzadeler Bələdiyyə Başçısı Gülşah Durbayın müalicəsi reanimasiyada davam edir.

News365.az xəbər verir ki, sosial media hesabından paylaşan Manisa Böyükşəhər Bələdiyyə Başçısı Besim Dutlulu bildirib ki, Durbayın vəziyyəti onu kədərləndirib:
“O, çox güclü bir qadındır… Bu prosesi də geridə qoyacağına ürəkdən inanıram. Ən qısa zamanda sağlığına qovuşub yenidən aramızda görmək ən böyük arzumuzdur. Dualarımız, qəlbimiz və bütün dəstəyimiz Gülşah Başqanımızladır,” – deyə Dutlulu qeyd edib.

Qeyd edək ki, Gülşah Durbay ötən il sentyabrın 4-də kolon xərçəngi olduğunu öyrənib və açıqlamanı bacısının riskli hamiləlik dövrü keçirməsi səbəbindən təxirə salıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada