Goranboyda, Cəfər Cabbarlı küçəsində yaşayış binasının döşəməsinin çökməsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Hadisə nəticəsində bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədova yüngül xəsarətlər alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.