Bu kollecə yeni təyinat oldu - FOTO

Bu kollecə yeni təyinat oldu - FOTO
07 Yan 2026 09:58

Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyinat olub.

News365.az xəbər verir ki, təyinat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədrinin müvafiq əmrinə əsasən baş tutub.

Sözügedən vəzifəyə Vasif Müslümov təyin olunub. Ona, həmçinin direktor vəzifəsinin icrası həvalə edilib.

Yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib.

Vasif Müslümov ali təhsilini Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010-2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib. Vasif Müslümov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.


Sizin reklam burada
Sizin reklam burada