Cənubi Koreya Respublikasının Prezidenti Li Çje Myon ABŞ Prezidenti Donald Trampa qədim Koreya dövləti Silla krallığının tacının qızıl suyuna çəkilmiş surətini, eləcə də ölkənin ən yüksək dövlət mükafatı olan “Muqunhva” ordenini hədiyyə edib.
News365.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Orden Cənubi Koreya və xarici dövlətlərin prezidentlərinə dövlətin möhkəmləndirilməsi, sülhün və xalqların rifahının təmin olunması sahəsindəki mötəbər xidmətlərinə görə təqdim olunur.
Bu mükafata xarici liderlərin həyat yoldaşları da layiq görülə bilərlər. Tramp bu ordenlə təltif edilən ilk amerikalı prezident olub.