Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
News365.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Pərviz Müseyibli əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır.
Ramilə Tağıyeva 2014-cü ildən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.