Hazırda dünyada mürəkkəb çağırışlar var. Bu vəziyyətlərdə konstitusiya mütləq şəkildə dövlət və xalq arasında körpü rolunu oynamaqda və ədalətin təmin edilməsində mühüm rol oynayır.
News365.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Pakistan Senatının sədri Səid Yusif Rza Gilani deyib.
İlham Əliyevin siyasi liderliyi ilə Azərbaycanda konstitusion suverenliyin təmin olunmasına diqqət çəkən Rza Gilani bildirib ki, bu ilin Azərbaycanda Konstitusiya və Suverenlik ili elan edilməsi bu dəyələrə sadiqlik prinsipinin nümayişidir.
O, işğaldan azad olunan ərazilərdə multikultural dəyərlərin təbliğ edilməsini dövlətin gücünün göstəricisi kimi qiymətləndirib, Heydər Əliyev Fondunun cəmiyyətdə harmoniya rolunu oynadığını vurğulayıb.
“Dünyada dəyər zəncirinin dağıdılması, kibertəhlükələr, dezinformasiya kampaniyaları dövlətlərin müstəqilliyinə müxtəlif təhlükələr yaratmaqdadır. Bu mənada birgə məsuliyyət çərçivəsinə diqqət yetirilməlidir”- o bildirib.