Günay Ağamalı mandatını itirəcək? - Qalmaqalın pərdəarxası

Günay Ağamalı mandatını itirəcək? - Qalmaqalın pərdəarxası
11:56

Ana Vətən Partiyasının qurultayında sədr Fəzail Ağamalının iki övladı - qızı, deputat Günay Ağamalı və oğlu Elçin Ağamalının sədrlik üçün namizədliyini irəli sürməsi qalmaqala səbəb olub. F.Ağamalı qurultayda Günay Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.

Elçin Ağamalı saytımıza açıqlamasında Günay Ağamalının gələcəkdə partiyadan xaric edilməsi məsələsinin gündəmdə olmadığını desə də, sosial şəbəkələrdə bunun əksi olacağı barədə iddialar yayılıb.

Partiyadan namizədliyi irəli sürülən və seçkilərdə qalib gələn deputat sonradan partiyadan uzaqlaşdırılarsa, onun statusu necə olur? Deputatın mandatı qüvvədən düşürmü?

News365.az xəbər verir ki, globalinfo.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, deputat partiyadan xaric edilsə belə, mandatını qoruyur:

"Əgər sözügedən şəxs növbəti seçkilərdə yenidən deputat seçilərsə, lakin artıq hər hansı partiyanın üzvü deyilsə, o zaman həmin partiyanın deputatı hesab edilmir. Ümumiyyətlə, bir partiyadan namizəd deputat seçilirsə, həmin partiyaya dövlət tərəfindən maliyyə yardımı ayrılır. Lakin əgər deputat sonradan partiyadan uzaqlaşırsa və növbəti dəfə seçiləndə partiyasız olur, bu halda artıq partiyaya həmin maliyyə yardımı dayandırılır.

Hazırda isə partiyadan uzaqlaşdırılan deputatlar bitərəf sayılırlar, lakin onların mandatı qüvvədə qalır"


Sizin reklam burada
Sizin reklam burada