ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında görüş oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində baş tutacaq.
News365.az xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, liderlər görüş zamanı iki ölkə arasındakı münasibətləri, eləcə də qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev Çin və ABŞ liderləri arasında Cənubi Koreyada görüş keçiriləcəyini açıqlamışdı.