Gənc oğlan və qızlar niyə bir-birlərinə qarşı bu qədər aqressivdir?
Bu mövzuda Psixoloq Ülkər Məhərrəmova öz fikirlərini News365.az-a bildirib.
"Son zamanlar qızlar və oğlanlar arasında aqresiyanın, bir-birinə qarşı kobud rəftarın səbəbləri inkişaf dövrü mərhələsində təhlükəsizlik, aqresiya, sevgisiz yanaşma yəni bunlara diqqət edilməməsi böyüyən zaman münasibət qurmasında gərginliklər yaradır. Ona görə də bu iki modu seçirlər, ya uzaqdurma, ya da müdafiəolunma. Müdafiə olunarkən uşaqlar özlərini emosional soyumadan istifadə edirlər ki, incidilməsinlər.
Hal-hazırda gənclərimizdə empatiya azlığı özünü biruzə verir. Hər kəs "mən" və "sən" dili ilə danışır. Mən haqlıyam, düzgünəm və yaxud "sən yanlışsan, düzgün etmədin- kimi yanaşmalar edirlər. empatiya hissi zəiflədiyinə görə, münasibətlərdə də aqresivlik yaranır.
Sosial medianı da əsəs götürə bilərik. Sosial mediyada öyrənməyə meyillilik, özlərini daha çox anlamamaq ritimli həyat şəraiti ilə ayaqlaşmaq üçün aqresiya burda emosianal nəzarət vasitəsinə çevrilir. Gənc oğlan və ya qız münasibətləri qorumaqda çətinlik çəkir. Buna görə də emosianal məsafə saxlayırlar.
Cəmiyyətdə dəyişən dəyərlərdə gənclərimiz bir -biri ilə aqresivlik yaradır. Ailə münasibətlərinin soyuması, uşaqların ailədə valideynlərlə az vaxt keçirməsidir, texnologiya ilə daha çox ünsiyyətdə olmasıdır. Çox zamanlarını məktəblərdə, hazırlıqlarda, dostları ilə və yaxud başqa yerlərdə keçirdiyinə görə daxili qarışıqlıq yaranır və ona görə də emosialarını duyğularını, düşüncələrini daha yaxşı ifadə edə bilmədiklərinə görə qız, oğlan arasında böyük gərginlik yaşanır.
Son zamanlar oğlan rolları ilə qız rolları dəyişdiyinə görə, əksər qızların özlərini oğlan kimi, oğlanların isə özlərini qız kimi sərgiləməsi münasibətlərin gərginliyinə gətirib çıxarır.
Belə halların qarşısının alınması üçün, ailə ilə məktəbin təməl iş birliyi olmalıdır.
